UNUDULMUŞ AD.

UNUDULMUŞ AD.

UNUDULMUŞ AD.

Bir gənc yaşlı qarı-qocanın evində qonaq olur. 75 yaşlı kişi yoldaşından yenə bir stəkan çay istəyəndə:

“Çiçəyim, bir stəkan da çay gətir,- deyir. Sonra da: - Şəkərsiz olsun, gülüm - deyə əlavə edir. 65 yaşlı yoldaşının gətirdiyi pürrəngi çayı əlinə aldıqda isə:

 -Mələyim, sənə də əziyyət oldu, - deyir.

Gənc yaşlı qocanın öz yoldaşına dediyi bu cür sevgi sözlərindən çox təsirlənir və qocadan soruşur:

-Dayı, neçə ildir evlisiniz?

Yaşlı, ancaq sakit qoca  “40 ildir” - deyə cavab verir.

Gənc:

- Maşallah, dayı. Allah mehriban eləsin sizi. Bayaqdan fikir verirəm, ona yalnız çiçəyim, gülüm, mələyim deyə müraciət edirsən. Bu an qocanın yanaqları qızarmış həyat yoldaşı:

-Bəli, neçə vaxtdır mənə yalnız belə müraciət edir - deyir və mətbəxə doğru gedir. Qoca gəncin qulağına doğru əyilərək astadan belə deyir:

-Sussss, bildirmə. 2 il əvvəl adını unutmuşam. Hələ də xatırlamıram.

Yuxarı