BORCLU QULLARIN DUASI.

BORCLU QULLARIN DUASI.

BORCLU QULLARIN DUASI.

Bir vəzir yoxsullara, ehtiyacı olanlara dövlət xəzinəsindən borc pul verir. Borc alanlar “Borcumuzu nə vaxt qaytaracağıq?”-deyə soruşanda “Padşahımız öləndə qaytararsınız”, - deyə cavab verirdi.

Bunu eşidən bir nəfər tez padşahın yanına gedir və deyir: ”Qibleyi-aləm, sizin vəziriniz ehtiyacı olanlara xəzinədən borc pul verir, özü də “Padşahımız öləndə qaytararsınız”- deyir. Deməli niyyəti pisdir ki, sizin tezliklə ölməyinizi istəyir.

Bunu eşidən padşah vəzirindən inciyir. Ancaq yenədə onu hüzuruna çağırıb, deyilənlərin doğru olub-olmadığını öyrənmək istəyir.

Vəziyyətin nə yerdə olduğunu anlayan vəzir padşahın ürəyini yumşaldan bu sözləri deyir:

-“Padşahım deyilənlər doğrudur. Mən xəzinədən ehtiyacı olanlara pul verir, sonra da onlara “Padşahımız öləndə qaytararsınız”, - deyirəm. Ancaq mən bunu sizin ölməyinizi istədiyim üçün yox, əksinə daha çox yaşamağınız üçün edirəm.

Bilirsiniz ki, hər borcluya borcunun vədəsi qısa görünür, vədə tamam olmasın deyə dua edir. Bu, o deməkdir ki, borclular borclarını gec qaytarsınlar deyə, sizin ömrünüzün uzanması üçün dua edirlər. Allahın dərgahında ən məqbul dualardan biri də boclu qulların duasıdır”.

 

 

 

Yuxarı