YEL ÇƏRŞƏNBƏNİZ MÜBARƏK!

YEL ÇƏRŞƏNBƏNİZ MÜBARƏK!

YEL ÇƏRŞƏNBƏNİZ MÜBARƏK!

Bu gün Yel çerşenbedir. Yel çerşenbesine el arasında "külekli çerşenbe", "külek oyadan çerşenbe", "yelli çerşenbe" de deyilir. Qedim etiqadlarda qeyd edilib ki, torpağın altında - "qara nehrde" yatmış dörd cür külek yer üzerine çıxaraq müxtelif libaslarda özünü gösterir. Mifologiyamızda ağ yel - ağ, qara yel qara, xezri - göy, gilavar - qırmızı libasda tesvir edilir. Yel çerşenbesi günü yel bu dörd yelle birleşib dünyanı dolaşır, gezib oyanmış suyu, odu herekete getirerek yazın gelişinden xeber verir.
İnanclara görə, Yel çərşənbəsinin gətirdiyi isti küləklər yazın gəlişini yaxınlaşdırır, təbiəti isindirir
İnanclara görə, Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət eldib Yel babanı çağırmalısan. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqları tərpənsə, diləyin yerinə yetər. Əski inanclara görə, bu gün külək bütün dünyanı gəzərək oyanmış suyu və odu hərəkətə gətirir. Yel xalqımızın mifik təfəkküründə yol göstərən bələdçi rolunu da oynayır. Yel çərşənbəsi həm də ilaxır çərşənbəyə hazırlıq deməkdir. Qədim insanlar küləyin həm də Allah tərəfindən göndərildiyini iddia ediblər. Yəni o, insanları həm əzizləyə, həm də cəzalandıra bilər.
Yel çerşenbesi günü tonqallar qalanır, evlerde südlü plov ve ya bulğur aşı bişirilir. Süfreye daha çox quru meyve ve denli bitkilerden hazırlanmış çerezler düzülür. Qadınlar axır çerşenbe üçün hazırlıqlar görürler. Ev eşyaları sürtülüb temizlenir, xalça-palaz çırpılır, yorğan-döşek havaya verilir. Xanımlar uşaqlar üçün teze paltar biçib-tikir. Qız-gelinler qoz-fındığı lepeleyib şirniyyat hazırlığı tedarükü görürler. Bu gün bir qarış böyümüş semeninin ortasına qırmızı qumaş bağlanır.

 

 

Yuxarı