SAHİBİNƏ LAYİQ HƏDİYYƏ.

SAHİBİNƏ LAYİQ HƏDİYYƏ.

SAHİBİNƏ LAYİQ HƏDİYYƏ.

Dostlarından biri HZ.Yusifi ziyarətə gəldi və bir müddət oturub söhbət etdilər. Hz. Yusuf başından keçənləri, quyuda ikən çəkdiyi çətinlikləri dilinə gətirdi. Uzun müddət danışıb dərdləşdilər. Söhbətin sonunda Hz. Yusif qonağa:

“Söylə görüm mənə nə hədiyyə gətirdin, çünki dostun evinə əliboş gedilməz”, - dedi.

Qonaq kədərlənərək üzr bəyan etdi:

“Sənə gətirmək üçün hər nəyə baxdımsa heç birini bəyənə bilmədim, layıq görmədim. Bir qızıl zərrəsi alınıb qızıl mədəninə, bir damlacıq su okeana hədiyyə aparılarmı? Sənə könlümü və canımı hədiyyə olaraq gətirsəm belə Hindistana ədviyyat satmağa aparmış olaram.

Sənin gözəlliyinə layiq bir hədiyyə tapmaq çox çətin oldu. Lakin sonunda sənə bir güzgü gətirməyə qərar verdim, ona baxdıqca günəş kimi parlayan gözəl üzünü görər, sevinər, məni xatırlayarsan”, dedi və gətirdiyi güzgünü çıxararaq Hz. Yusifə təqdim etdi.

Hz Yusif bu hədiyyəyə çox sevindi.

Varlığın güzgüsü yoxluqdur, axmağ deyilsənsə yoxluğu seç.

Yuxarı