HƏR İKİSİ CİNAYƏTDİR.

HƏR İKİSİ CİNAYƏTDİR.

HƏR İKİSİ CİNAYƏTDİR.

Bir qadın narahat olmuş halda ginekoloqun yanına gəlib deyir:

-Həkim mənim ciddi bir problemim var. Uşağımın hələ bir yaşı yoxdur, amma mən yenə hamiləyəm. Ümidsiz vəziyyətdəyəm və mənə sizin yardımız lazımdır!

Həkim soruşdu: “Yaxşı, siz indi mənə nə təklif edirsiniz?”

Qadın dedi: “İstəyirəm ki siz mənim hamiləliyimin qarşısını alasız.”

Həkim biraz düşündü və bir müddət susduqdan sonra qadına dedi: “Düşünürəm ki mənim sizin üçün daha yaxşı çıxış yolum var. Həm də bu, sizin üçün daha az təhlükəlidir”.

Həkimin onun tələbini yerinə yetirəcəyini guman edən qadın təbəssüm etdi.

Bu zaman həkim sözünə davam etdi: “Sizə görün nə təklif edirəm. İki uşağa eyni zamanda qulluq göstərməmək üçün, gəlin qucağınızda olan uşağı öldürək. Bu zaman siz ikinci uşaq dünyaya gələnə qədər bir müddət istirahət etmiş olarsız. Əgər biz bir uşağı qətlə yetirmək istəyirik sə, onlardan hansı birinin olması fərqi yoxdur. Əgər siz dünyaya gəlmiş uşağınızı öldürsəz, bu halda sağlamlığınız təhlükə qarşısında qalmaz.

Qadın qorxaraq qışqırır: “Yox həkim! Bu ki, dəhşətdir! Axı uşaq öldürmək cinayətdir!”

“Razıyam, - deyə həkim cavab verdi. Amma mən elə guman edirəm ki, siz buna getməyə hazır idiniz və mən belə düşündüm ki, bu daha yaxşı çıxış yolu ola bilər.”

Həkim gülümsündü və anladı ki, o, öz hədəfinə çatıb.

Həkim gənc ananı başa saldı ki, dünyaya gəlmiş uşaqla bətində olan uşağı qətlə yetirmək arasında heç bir fərq yoxdur.

Hər ikisi cinayətdir!

Yuxarı