DƏVƏÇİ İLƏ FİLOSOF.

DƏVƏÇİ İLƏ FİLOSOF.

DƏVƏÇİ İLƏ FİLOSOF.

Səhrada gəzən bir filosof, dəvəsi ilə səfər edən bir kəndliyə rast gəldi. Haradan gəlib hara getdiyini öyrəndikdən sonra, dəvənin iki yanına sallanmış çuvallarda nələr olduğunu soruşdu.

Kəndli:

-Onların birinə buğda, digərinə qum doldurmuşam, - deyə cavab verdi.

Filosof:

Buğdanı anladım, amma qumu nə üçün doldurdun? Deyə soruşduqda, kəndli:

-ikinci çuval boş qalsaydı tarazlıq pozulardı! – dedi. Filosof gülməyə başladı:

-Tarazlıq təmin etmək üçün buğdanın yarısını bir çuvala, o biri yarısını o birisinə doldursaydın hər halda daha ağıllı hərəkət etmiş, yazıq dəvənin yükünüdə azaltmış olardın, - dedi.

Kəndli çaşmış, bu müdrik adama heyranlıqla baxmağa başlamışdı.

-Sən, - dedi padşah yaxud vəzir olmalısan! Bu qədər ağıl ancaq onlarda ola bilər.

-Xeyir, - dedi filosof, mən nə padşaham, nə də vəzir.

-Elə isə dükan sahibi zəngin bir adamsan...

-Nə gəzər, cibində qəpiyi belə olmayan bir adamam mən! Bu qədər məlumat və hikmətin əvəzində əlimdəki bu dəyənək və cındır paltarlarla gəzib dolanıram səhralarda...

Kəndli bu cavab qarşısında heç məmnun olmamışdı:

-Çəkil get yanımdan! – deyə qışqırdı. Sənin məlumat və hikmət dediyin şeyin bir faydası olsaydı, əvvəlcə özünə fayda verərdi.

Torbanın birində qum, birində buğda olması, sənin içiboş məlumat və fəlsəfəndən daha yaxşıdır!

Yuxarı