ŞİRİN KÖRPƏ.

ŞİRİN KÖRPƏ.

ŞİRİN KÖRPƏ.

Gənc qadın körpənin gözəlliyi qarışısında ovsunlanmış kimi idi. Buruq sarı saçları, iri mavi gözləri, zərif burnu və kiçik qırmızı dodaqlarıyla nur topuna bənzəyən körpə qadının indiyə qədər gördüyü ən şirin qız uşağı idi. Onun ipək yanaqlarından doyunca öpmək və cənnət qoxusunu ciyərlərinə çəkmək üçün əyildikdə bir səs eşitdi:

-Toxunma mənə! Məni oxşamağa haqqın yoxudr!..

Qadın qorxuyla diksinib ətrafa baxdı. Körpəylə özündən başqa heç kim yox idi. Eyni səsi təkrar eşidəndə körpəyə baxdı. “Aman Allahım!.. Yeni doğulmuş olmasına baxmayaraq danışan o idi.”

Körpə:

-Mənə yaxınlaşmağını istəmirəm, - deyə davam etdi, - uzaq dur məndən!

Qadın bir az özünü toplayıb:

-Hər dəfə uşağımız oğlan olur, - dedi.

Onlarda gözəldir, amma qız uşaqları başqadır. Buna görə səni öpmək istəmişdir.

-Məni öpə bilməzsən, - deyə ağlamağa başladı körpə. Mənim də səni öpməyim mümkün deyil.

Qadın çaşqın halda soruşdu:

-Niyə? Nə üçün öpə bilməzsən ki?

Körpə, hıçqırıqlarla ağlarkən:

-Bunun səbəbini yaxşı bilirsən, dedi. Düşünsən mütləq tapacaqsan.

Qadın nə baş verdiyini götür-qoy edərkən birdən özünə gəldi. Özəl xəstəxananın ən lyuks otağında uzanmışdı və narkozun təsirindən ürəyi bulanırdı. Ailə dostları olan gənc həkim qadına bir dəstə çiçək uzadıb:

-Gözünüz aydın, xanım, dedi. Abort müvəffəqiyyətlə nəticələndi. Həə!.. Qız imiş  bətninizdəki körpə...

Yuxarı