“Gənc Təbiət Dostları” Şəbəkəsi layihəsi çərçivəsində növbəti təlim keçirildi.

“Gənc Təbiət Dostları” Şəbəkəsi layihəsi çərçivəsində növbəti təlim keçirildi.

“Gənc Təbiət Dostları” Şəbəkəsi  layihəsi çərçivəsində növbəti təlim keçirildi

      Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun  dəstəyi ilə fərdi layihə qalibi  Sevinc Ədilova  tərəfindən Ağdam rayonunda  həyata keçirilən “Gənc Təbiət Dostları”  Şəbəkəsi  adlı layihə çərçivəsində Ağdam rayonunda yeniyetmə və gənclər arasında “Təbiəti sevək” adlı təlim həyata keçirilmişdir.     

     Təlimdə  Tələbə Gənclər Təşkilatının, Gənclər və İdman İdarəsinin və QHT  əməkdaşları da iştirak etmişlər. Tədbir zamanı iştirakçılar arasında Könüllü qruplar yaradılmışdır. Yaradılmış bu qruplar mütəmadi olaraq öz məktəblərində və yeniyetma və gənclər arasında  təbiətin keşiyində durmağın qaydalarının öyrədilməsi istiqamətində müxtəlif metodlarla işlər aparacaq, yeniyetmələrlə  bu qaydaların öyrədilməsi prosesinin birbaşa iştirakçısı olacaqlar.

   Qeyd edək ki layihənin əsas  məqsədi yeniyetmə və gənclər arasında  təbiətin qorunması, ətraf mühitin təmiz saxlanması və içməli su hövzələrinin çirkləndirilməsinin və meşələrin qırılmasının qarşısının alınmasından ibarətdir.

 

Yuxarı