SİLİNMƏZ İZLƏR.

SİLİNMƏZ İZLƏR.

 SİLİNMƏZ İZLƏR

Pis xasiyyətli bir gənc vardı. Bir gün atası ona mismarlarla dolu bir torba verdi. “Yoldaşlarınla mübahisə etdikdə, dava saldıqda hər dəfə bu taxtaya bir mismar vur”, - dedi. Gənc birinci gün taxtaya 37 mismar vurdu. Sonrakı həftələrdə öz-özünə nəzarət etməyə başladı və hər gün taxtaya vurduğu mismarlar azalmağa başladı.

Nəhayət bir gün taxtaya bi dənə də olsun mismar vurmadı. Nəticəni atasına söylədi. Atası onu yenidən taxtanın yanına apardı. “Bu gündən başlayaraq mübahisə etməyib, dava salmadığın hər gün üçün taxtadan bir mismar çixart”, - dedi.

Günlər keçdi. Bir gün bütün mismarlar çıxarılmış oldu.

Atası oğluna: “Afərin, yaxşı hərəkət etdin, amma bu taxtaya diqqətlə bax. Görürsən nə çox dəlik var? Artıq keçmişdəki kimi gözəl olmayacaq”, dedi. Sonra əlavə etdi:

“Yoldaşlarınla mübahisə etdiyin və dava saldığın vaxt pis sözlər deyirsən. Hər pis söz bir yara (dəlik) açar. Yoldaşından min dəfə üzr istəyə bilərsən, amma bu dəlim eynilə qalacaq bağlanmayacaq. Bir dost nadir tapılan bir ləl-cəvahirat kimidir. Səni güldürər, ürəkləndirər, ehtiyac duyduğunda sənə köməkçi olar, səni dinləyər və sənə ürəyini açar”.

Yuxarı