TİTANİK.

TİTANİK.

TİTANİK

Dünyanın ən əsrarəngiz olaylarından olan Titanik gəmisinin batışı haqda çox versiyalar var. Onlardan bəziləri:
- Versiyalardan birinə görə gəmini hazırlayan şirkət həmin vaxt müflisləşmək həddində imiş və bundan yaxa qurtarmaq üçün Titaniki elə 1ci səfərində məhv etmək barədə məxfi qərar qəbul edibmiş. Çünki Titanik çox böyük məbləğə sığorta edilmişdi...
- Maraqlı versiyalardan biri Titan romanı barədədir. 1898ci ildə Titanikin batmasından 14 il öncə Morqan Robertsonun bir romanı nəşr edildi. Amerikalı bu gənc əvvəl dənizçilik etmiş, sonra isə bir müddət zərgər işləmişdi. Qəflətən yazar olmağa qərar verdi. ilk hekayesini 25 dollara satmişdi. 1897ci ilin qış gecəsində daha bir dəniz əhvalatı yazmağa qərar verdi. Roman fantastik bir gəmi qəzasından bəhs edirdi. Titan adlı lüks gəmi dənizdə aysberqlə toqquşub qəzaya uğrayır. Titanik faciəsindən 14 il əvvəl yazılan bu roman basqa bir gəminin tragik hekayesini izah edirdi. Bir eşq romanının qəhrəmanları bu gəmiyə minib İngiltərədən ABŞ-a gedirdilər. Robertson Titanikin batma səhnəsinin hadisədən 14 il əvvəl olduğu kimi təsvir etmişdi: gəmi aysberqlə necə toqquşur, hansı tərəfdən zədə alır və s. Hətta xilasetmə prosesində sinfi ayri-seçkiliyi də qeyd etmişdi. Romandakı Titan adlı gəmi də Titanik kimi Southempton limanından yola çıxırdı. Romandakı gəmi ilə Titanikin uzunlugu arasinda bir necə metr fərq vardı. Hər iki gəminin çəkisi bir-birinə yaxın idi. Hər iki gəminin 3 pəri vardı. Hər iki gəmi Şimali Atlantikdə eyni koordinatlarda aysberqlə toqquşur. Hər iki gəmidə ölənlərin sayı təqribən 1500 nəfərdir. Hər ikisində xilasetmə qayıqları az idi. Həm romandakı Titanın, həm də Titanikin batması zamanı gəmidəki orkestr ilahi musiqi səsləndirib...
Araşdırmaçılar dəhşət içində idilər: Morqan Robertson Titanikin batmasindan 14 il əvvəl qəzanı demək olar ki, eynilə təsvir etmişdi.

Yuxarı