“Gənc Təbiət Dostları” Şəbəkəsi layihəsi çərçivəsində növbəti təlim keçirildi.

“Gənc Təbiət Dostları” Şəbəkəsi layihəsi çərçivəsində növbəti təlim keçirildi.

“Gənc Təbiət Dostları” Şəbəkəsi  layihəsi çərçivəsində təlim keçirildi. 

     Beyləqan rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun  dəstəyi ilə fərdi layihə qalibi  Sevinc Ədilova  tərəfindən həyata keçirilən “Gənc Təbiət Dostları”  Şəbəkəsi  adlı layihə çərçivəsində yeniyetmə və gənclər arasında təlim və ağac əkmə kompaniyası həyata keçirilmişdir.     

     Təlimdə və ağac əkmə kompaniyasında yeniyetmə və gənc məktəblilər iştirak etmişlər. Ağac əkmə kompaniyası zamanı məktəbin həyətində meyvə və dekorativ ağaclar əkilmişdir.

     Tədbir zamanı iştirakçılar arsında Könüllü qruplar yaradılmışdır. Yaradılmış bu qruplar mütəmadi olaraq öz məktəblərində və məktəbəqədər uşaq müəssisələrində təbiətin keşiyində durmağın qaydalarının öyrədilməsi istiqamətində müxtəlif metodlarla işlər aparacaq, daha kiçik yaşlı uşaqlara bu qaydaların öyrədilməsi prosesinin birbaşa iştirakçısı olacaqlar.

   Qeyd edək ki layihənin əsas  məqsədi yeniyetmə və gənclər arasında  təbiətin qorunması, ətraf mühitin təmiz saxlanması və içməli su hövzələrinin çirkləndirilməməsi və meşələrin qırılmasının qarşısının alınmasından ibarətdir.

 

Yuxarı