HAVADA UÇAN ŞAR.

HAVADA UÇAN ŞAR.

HAVADA UÇAN ŞAR.

Qaradərili bir uşaq bayram şənliyinin keçirildiyi bir meydançada gəzişən yaşlı bir satıcının əlindəki şarları seyr edirdi. Müxtəlif rəngdə və hər formada olan şarlar onun kimi bütün uşaqların baxışını oxşayırdı. Şar satan müştərinin bəyəndiyi qırmızı bir şarı seçib açarkən birdən əlindən buraxdı. Şar sallanan uzun ipiylə sağa sola yellənərək göyə doğru yüksəlir, və hər kəs “Ora bax şar, şar” deyə qışqıraraq havada uçan şarı bir-birinə göstərirdi.

Uşaq yuxarı yüksələn şarı diqqətlə izlədi və onu gözdən itirmək üzrə idi ki, bu səfər yaşıl rəngli şarın havaya uçduğunu gördü. İşinin ustası olan satıcı əlindən çixan şarın bütün diqqətləri özünə cəlb etdiyini görmüş və yaxşı bir reklam olacağını düşündüyü üçün ikinci şarı havaya buraxdıqdan dərhal sonra rəngli şarı onun ardınca göndərmişdi. Qaradərili uşaq ürkək addımlarla satıcının yanına gələrək:

-Əmi, görəsən, bir dənə də qara rəngli şar buraxsanız, digərləri kimi havaya yüksələr?

Yaşlı satıcı bu azyaşlı uşağın nə demək istədiyini çox yaxşı anlamışdı. Onun əsmər yanaqlarından öpərək qara rəngli şarı səmya buraxdı və:

-Bu şar bəlkədə digərlərlərini keçər, oğlum,- dedi.

Çünki bizim kimi şarları da yüksəldən rəngləri deyil, daxilindəki cövhəridir!

Yuxarı