ƏN YAXŞI BUĞDA.

ƏN YAXŞI BUĞDA.

Ən yaxşı buğda.
Hər il keçirilən "ən yaxşı buğda" yarışmasında bu dəfə də eyni adam qalib gəlmişdi. Əkinçidən bu işin sirrini soruşanda belə cavab verdi:
-Mənim sirrim sahib olduğum toxumluq buğdanı qonşularımla bölüşməkdir.
-Sahib olduğunuz toxumu rəqiblərinizlə bölüşürsünüz? Nə üçün belə edirsiniz? Qorxmursunuz sizdən üstün olarlar?
Bu sualı isə belə cavablandırdı:
-Bilmədiyiniz bir məsələ var. Külək yetişən buğdaların tozunu tarladan-tarlaya daşıyır və tozlanma baş verir. Qonşularımın pis məhsul yetişdirməsi mənimdə məhsulumun keyfiyyətinə təsir edər. Əgər ən yaxşı buğdanı mən yetişdirmək istəyirəmsə, qonşularımında yaxşı buğda yetişdirməsinə kömək etməliyəm.
Sevgi və paylaşmaq yaxınınızdakı adamnan başlayar. Kin, paxıllıq və nifrəti heç kim bəyənməz.

Yuxarı