MÜƏLLİM 

Türkiyədə ibtidai sinif müəllimi Ümit Devecinin 1-ci sinfi bitirən şagirdlərinə yay tətili tapşırıqları:
- Bol-bol meyvə tərəvəz, valideynlərinizin bişidiyi yeməklərdən yeyin. Bu sizi sağlam uşaq edər.
- Çöldə, həyətdə bol-bol oynayın, günəş işığı qəbul edin. Palçıqdan evlər, binalar, körpülər düzəldin. Bu sizi sağlam və gələcəkdə mühəndis edər.
- Gecələri ulduzları izləyin, dünyanın fırlandığını anlamağa çalışın. Bu sizi gələcəkdə elm adamı edər.
- Oyunları komputerdə, telefonda deyil, həyətdə uşaqlarla oynayın. Bu sizi dostcanlı edər.
- Çoxlu gülün. Bu özünüzü əla hiss etmənizə səbəb olar.
- Çoxlu kitab oxuyun. Oxuduğunuz kitabların siyahısını yazın. İkinci sinifdə ən uzun siyahısı olan uşağı sürpriz gözləyir. Bu sizi ikinci sinfin şampionu edər.
- Ailənizlə zaman keçirin. Parka, kinoya, sərgiyə, piknikə gedin. Bu sizi gözəl ailə edər.
- Böyüklərinizi - nənə, babalarınızı tez-tez ziyarət edin. Yanaqlarından öpün, onlara məndən də salam deyin. Bu sizi gözəl nəvə edər.
- Etibarlı yerlərdə oynayın, ailənizin xəbəri olmadan evinizdən uzaqlaşmayın. Tanımadığınız böyük adamlarla birlikdə tək qalmayın. Heç kəsin sizə istəmədiyiniz, xoşunuza gəlməyən hərəkətlər etməsinə icazə verməyin. Belə olduqda var gücünüzlə qışqırın. Bu sizi pisliklərdən qoruyar.
- Təbiəti, canlıları sevin və qoruyun. Bu sizi məsuliyyətli insan və təbiətin dostu edər.
- 3 ay sonra böyümüş və sağlıqlı geri dönün. Mən sizi bu sinifdə gözləyəcəm.
- İstədiyiniz zaman mənə zəng edin. Nömrəm hər birinizin valideynlərində var. Unutmayın, siz mənim üçün darıxdığınızda mən sizin üçün daha da çox darıxmış olacam. Sizdən sadəcə bir telefon qədər uzağam.
Hər birinizə gözəl tətil arzulayıram.
Arzu Rəhimovun paylaşma

Yuxarı