TƏK SAQQIZ.

TƏK SAQQIZ.

Tək saqqız

Bu gün sənə qonağam,
Ocaq olmaz qonaqsız.
Qarşiladın sən məni,
Təmənnasız, qınaqsız.
Sən möhtəşəm bir ağac,
Mən kiçik məktəbli qız,
Gəl dərdləşək səninlə,
Darıxmısan Tək Saqqız?
Bax yenə də yaz gəlir,
Sən buna öyrənmisən.
Sən tənha deyilsən ki,
Ətrafında göyərir,
Otlar, çiçəklər saysız,
Arx üstündə titrəyir,
Küləkdən körpə yarpız.
Qalmazsan sən də yalqız,
Hələlik salamat qal,
Görüşərik Tək Saqqız.

Beyləqan, Dünyamalılar kənd sakini Zamanova Ayşən.

Yuxarı