Psixologiya.

Psixologiya.

Məktəb psixoloqlarının bilik və bacarıqları artırılır Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi tərəfindən icra edilən “Məktəb psixoloqlarının bilik və bacarıqlarının artırılması və regionlarda uşaq hüquqlarının təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində məktəb psixloqlarının iştirakı ilə İsmayıllı rayonunda 2 günlük təlim təşkil ediləcəkdir. Təlimə Göygöl, Kürdəmir və İsmayıllı rayonlarında 20 məktəb psixoloqu və Uşaq birliyi rəhbərləri cəlb ediləcəkdir. Təlim zamanı müasir praktik psixoloji xidmətin aktual məsələləri,təhsildə psixoloji xidmətin məqsədi,vəzifələri və xüsusiyyətləri, məktəb psixoloqunun peşə fəaliyyəti, psixoprofilaktika, psixodiaqnostika, psixoloji konsultasiya, psixokorreksiya, psixoloji konsilium mövzuları tədris ediləcək, müxtəlif qiymətləndirmə formaları üzərində praktiki iş aparacaqdır. Eyni zamanda Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə və Uşaq qaynar xətt mərkəzinə daxil olan müraciətlərdə praktiki olaraq iştirak edəcək və müxtəlif problemli situasiyalar üzrə praktiki diaqnostika, konsultasiyalar aparacaq və müzakirələr,qrup işləri, təqdimatlar, rol oyunları kimi müasir təlim üsullarından geniş istifadə olunacaqdır. Təlimçi-ekspertin dəstəyi ilə təlimdə iştirak etmiş hər bir psixoloq fəaliyyət göstərdiyi məktəbdə riskli davranışlara və zərərli vərdişlərə meyilli uşaqlara sosial-psixoloji xidmət göstəriləcəkdir. Psixoloq uşaqlar arasında “Mənim ailəm”mövzusunda rəsm müsabiqəsi ilə psixodiaqnostika işini aparacaq və gördüyü işlər barədə qisa hesabat hazırlayıb təşkilatçılara göndərəcəkdir. Layihənin çərçivəsində təşkil olunan qeyri- formal təlim kursu Kürdəmir, Göygöl və İsmayıllı rayonlarından olan ümumtəhsil məktəblərində çalışan psixoloqların bilik və bacarıqlarının artırılmasında böyük bir təcrübə olacaqdır. Təlim kursunun sonunda iştirakçılara Sertifikatlar təqdim olunacaqdır. Yol xərci və qalmaq xərci təşkilatçılar tərəfindən qarşılanacadır. Maraglananlar öz CV- lərini və ya motivasiya məktubunu 10 iyun 2018-ci ilə qədər huquqdunyasi@mail.ru unvanına gondərə bilərlər. Əlaqə: 050 225 63 90

Yuxarı