Əlillərə dəstək olaq.

Əlillərə dəstək olaq.

Mən müharibə Vetetanı, Qazi, Əliləm. Həyatda çox çətinliklərlə rastlaşmışam. Iki ayaqımı, bir gözümü itirdim. Ondan başqa da çox yaralarım, sınıqlarım var idi. Göydə Allahın, yedə həkimlərin köməkliyi ilə yaşamağa davam edirəm. Iki ayağım protezdir.
Bu yaxınlarda bankomatın qabağında sakit dayanıb növbəmi gözləyirdim. Xeylaq insan var idi. Çox ayaq üstə dayananda əziyyət olur mənim üçün, amma buna baxmayaraq dayanıb sakit gözləyirdim. Bir oğlan bunu gördükdə insanlara müraciət etdi ki, mən tanıyıram bu insanı, bu müharibə vetetanıdır, ayaqları da protezdir. Gəlin növbəmizi verək. Insan əziyyət çəkir. Hamı böyük məmuniyyətlə razılaşdı, lakin bir cavan oğlan etirazını bildirdi. Dedi ki nə olsun əlildir, menim də vaxtım yoxdur. Və insanların narazılığına baxmayıb təhqiredici sözlərlə etirazını bildirdi. Bu mənə çox pis təsir etdi. Belə hallar olur həyatımda və bu mənə daha çox ağrı verir. Çox kövrəlirəm.... allah bütün cavanlarımızı qorusun.... VƏTƏN SAĞ OLSUN!!!"

Dostar gəlin bir birimiə qatşı diqqətli olaq. Esas da Vətən yolunda əlil olmuş insanlara qarşı. Onların qayğısına qalaq. Diqqətdən kənar qoymayaq.

Yuxarı