Nilufər.

Nilufər.

Nilufər

Su üzündə açan çiçək,

Suda yaşamaq necədi?

Sirdaşın günəşdi sənin,

Yoxsa ulduzlu gecədi?

 

Su aydınlıqdı, bilirsən,

Həyatın da sutək olsun.

Heç zaman payız gəlməsin,

Həmişə gül-çiçək olsun.

 

Qara zeytuna bənzəyir

Sulara baxan gözlərin.

Günəşisən gündüzlərin,

Sən ayısan gecələrin.

 

Xuraman Hüseynzadə. 

 

Yuxarı