Fotomüsabiqə.

Fotomüsabiqə.

Dəyərli səhifə üzvləri və izləyicilərimiz! 
Əvvəlcədən xəbər verdiyimiz kimi səhifəmizdə Beyləqanın tarixinə, dünəninə və bu gününə aid foto-müsabiqə elan etməyi planlaşdırmışıq və həmin müsabiqə 1 noyabrdan 31 dekabr 2018-ci ilədək davam edəcəkdir.
Müsabiqədə səhifəmizin izləyiciləri, onun üzvləri, səhifə ilə maraqlı olan şəxslər, fotoqraflar iştirak edə bilərlər. Müsabiqənin 3 qalibinə
I yer – 150 manat
II yer -100 manat
III yer- 50 manat
pul mükafatı verilməsi qərara alınmışdır.

Mükafatlandırma 5 yanvar 2019-cu ildə həyata keçiriləcəkdir.
Artıq səhifəmizin üzvləri olan nüfuzlu beyləqanlılardan ibarət müsabiqə komissiyası yaradılmışdır:
1. Ramis Şahsevənli – Birinci Şahsevən kəndi, DAİM-də baş məsləhətçi
2. Mehman Əliyev – Beyləqan şəhəri, İnternational Laboir Orqanization, Təlimçi 
3. Arzu Rəhimov - Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı İctimai Birliyinin icraçı direktoru
4. Raquf Budaqlı- şair
5. Telman Quliyev – Qaralılar kəndi, Qarabağ Müharibəsi veteranı

Müsabiqə komissiyası hər 10 gündən bir göndərilən şəkilllər arasından maraq doğuran 3 foto şəkli seçməklə toplayaraq sonda onların arasından I-II-III yerləri tutmağa layiq olanları seçərək mükafatlanmaya təqdim edəcəkdir.

Hər biriniz bu müsabiqədə iştirak etməyə dəvətlisiniz!
Fotolarınızı gözləyirik.

Fotoları "Beyləqanlı"nın inboxuna göndərəndə qeyd edin ki müsabiqə üçündür. Hər iştirakçı müsabiqə ərzində ən azı 5 şəkil göndərməlidir. Hər birinizə uğurlar arzu edirik.

“Beyləqanlı” rəhbərliyi.

Yuxarı